"Qarabağ" yenə... FOTOLAR

10 Mart 2021 18:00 Zirə 1 844
"Qarabağ" yenə... FOTOLAR

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Zirə" indiyədək ölkə çempionatında məğlub edə bilmədiyi "Qarabağ"la üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində 3-cü dəqiqədə Xayme Romero, 32-ci dəqiqədə isə Patrik Andrade fərqlənib.

"Qarabağ" qələbə sayəsində 39-cu xalını qazanıb və lider "Neftçi" ilə birlikdə zirvəyə şərik olub. "Zirə" isə 29 xalla üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!