72 saat əvvəl "Zirə" ilə razılaşdı, sonra… MARAQLI HADİSƏ

9 Mart 2021 13:40 Zirə 1 503
72 saat əvvəl "Zirə" ilə razılaşdı, sonra… MARAQLI HADİSƏ

"Zirə"nin yeni transferi Fakundo Melivilonun karyerasını Çilidə davam etdirmə ehyimalı olub.

Sportinfo.az "chile.as" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı argentinalı hücumçu paytaxt təmsilçisindən əvvəl "Kokimbo Unido" ilə anlaşıb.

Lakin Melivilo tibbi müayinədən keçəcəyi vaxtdan 72 saat əvvəl "Zirə" ilə razılaşdığını bildirib. Nəticədə "Kokimbo Unido"ya keçid baş tutmayıb. Əvəzində forvard Çili klubunda tibbi müayinədən keçməyib.

"Zirə" Fakundo Melivilo ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti