Azərbaycanda çıxış edən hücumçu 3 ay İstanbulda gözləyəcək

9 Mart 2021 09:40 Zirə 756
Azərbaycanda çıxış edən hücumçu 3 ay İstanbulda gözləyəcək

«Zirə»nin hücumçusu Felipe Paxtman əməliyyat olunub.

Klubdan Sportinfo.az-a verilən məlumata görə, braziliyalı hücumçu Türkiyənin İstanbul şəhərində cərrahi müdaxiləyə məruz qalıb.

Qış fasiləsində «Lvov»dan icarəyə götürülən legionerin əməliyyatı uğurlu keçib. Məşqdə dizindən ağır zədə almış forvard qarşıdak 3 ayı qonşu ölkədə keçirəcək.

O, İstanbulda qalaraq reablitasiya kursu keçəcək. Daha sonra Bakıya dönəcək cənubi amerikalı müalicəsini burada davam etdirəcək. Paxtmanın yaşıl sahələrə dönüşü 6 ay çəkəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"