"Zirə" argentinalı hücumçu aldı - Mövsümün sonuna kimi

7 Mart 2021 16:20 Zirə 1 116
"Zirə" argentinalı hücumçu aldı - Mövsümün sonuna kimi

"Zirə” heyətinə yeni legioner cəlb edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Fakundo Melivilo ilə müqavilə imzalanıb.

28 yaşlı hücumçunun sözləşməsi bu mövsümü sonuna kimi nəzərdə tutulub

Argentinalı daha əvvəl ölkəsinin “Platense”, “Almireyt”, “Çaçarita Xuniors”, “Lanus”, “Flandria”, “Defense Hustisiya”, "Kuenka”, “Kordoba”, “Tiqre” və “San Martin” klublarında çıxış edib.

"Zirə" bundan əvvəl Musa Qurbanlı ("Qarabağ", icarə), Nemanya Andelkoviç ("Zlatibor", Serbiya), Filipe Pahtman ("Lvov", Ukrayna) və Rodriqo Bonqonquini də heyətinə cəlb edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti