Azərbaycan klubu Messinin həmvətəni ilə anlaşdı

6 Mart 2021 19:00 Zirə 1 995
Azərbaycan klubu Messinin həmvətəni ilə anlaşdı

“Zirə” kamerunlu vinger Luis Bonqonqudan sonra daha bir legionerlə anlaşıb.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi bu dəfə Argentinaya üz tutub.

“Qartallar” Lionel Messinin həmvətəni Fakundo Melivilo ilə müqavilə şərtlərini razılaşdırıb. 28 yaşlı cinah yarımmüdafiəçisi artıq Bakıdadır.

O, “Zirə”yə azad agent statusu ilə həlib. Belə ki, bu ilin əvvəlində “Coquimbo Unido”ya keçən Çili klubundan tez də ayrılıb.

Melivilo qonşu ölkəyə yolanmazdən öncə ölkəsində “San Martin”in şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti