"Zirə" onu da əməliyyata göndərdi

5 Mart 2021 09:40 Zirə 1 011
"Zirə" onu da əməliyyata göndərdi

«Zirə»nin daha bir futbolçusu Türkiyəyə yollanıb.

Sportinfo.az-ın məlumatına görə, Davit Volkovdan sonra Felipe Paxtman İstanbula aparılıb.

Bir müddət öncə sağ dizindən ağır zədə alan hücumçu sabah əməliyyat olunacaq.

Braziliyalı legionerin yaşıl sahələrə dönüşü qarşıdakı 6 aydan tez baş verməyəcək. Cənubi amerikalı avqustun axırından etibarən yüngül məşqlərə başlayacaq.

Bugünlərdə Volkov da əməliyyata alınıb. Gürcüstanlı hücumçu sol çiyin nahiyəsindən cərrahi müdaxiləyə məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!