«Lvov»un Felipe Paxtmanın birdəfəlik satışı üçün «Zirə»dən tələb etdiyi məbləğ məlum olub.
Sportinfo.az-ın məlumatına görə, Ukrayna klubu braziliyalı hücumçuya 100 min dollar qiymət qoyub.
«Qartallar» 1 ay öncə icarəyə götürdüyü forvardla birbaşa 3 illik müqavilə bağayarsa, göstərilən məbləği üç dəfə qarşı tərəfə ödəməlidir.
İki həftə öncə məşqdə dizindən ağır zədə alan və 6 ay müddətinə sıradan çıxan cənubi amerikalı legionerin «Zirə»də qalma müddəti iyunda bitir.

