Rəşad Sadıqov: "Sumqayıt" sanki daha da gücləndi"

3 Mart 2021 18:50 Zirə 868
Rəşad Sadıqov: "Sumqayıt" sanki daha da gücləndi"

"Yenə də gərgin və maraqlı oyun keçdi. Hər zaman "yenə də" deyərək başlayıram, çünki futbolçuların mübarizliyini, istəyini, dinamikasını qeyd etməmək mümkün deyil.

Hər iki komanda bir-birinə yaxşı bələd idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt"la qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlk hissə daha çox mübarizəli keçdi. İkinci hissəsinin ilk 30 dəqiqəsi topa biz nəzarət etdik, ancaq son 10-15 dəqiqədə Ayxan müəllimin dəyişikliklərindən sonra "Sumqayıt" sanki daha da gücləndi.

Oyunun keyfiyyəti və dinamikası artdı. Ondan sonra artıq son 10 dəqiqə "Sumqayıt"ın üstünlüyü ilə keçdi.

Bilirdik ki, bu gün "Sumqayıt" çox istəkli oynayacaq. Aramızdakı xal fərqini azaltmaq üçün meydanda çox istəkli idilər. Əslində hər şey düşündüyümüz kimi gedirdi.

Yenə deyirəm, qarşımızda "Sumqayıt" kimi əzmkar, keyfiyyətli bir komanda var idi. Hesab da düşünürəm ki, oyuna görə ədalətli oldu" - deyə o bildirib.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"