"Zirə"nin baş məşqçisi: “Mən ən azı iki oyunçu istəyirəm”

3 Mart 2021 19:20 Zirə 812
"Zirə"nin baş məşqçisi: “Mən ən azı iki oyunçu istəyirəm”

"O artıq yoldadır, bura gəldikdən sonra sifariş ediləcək”.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Sportinfo.az-ın bu gün səhər saatlarında yaydığı xəbəri təsdiqləyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, bir müddətdir danışıq apardıqları kamerunlu vinger Luis Rodriq Bonqongi ilə anlaşma əldə olunub:

Fransa "Sedan"ının yetirməsi olan 28 yaşlı hücumameylli yarımmüdafiəçi "Les Erbye" və "Paris"in də formasını geyinib. O, həmçinin Xorvatiyanın "Slaven Belupo", Sloveniyanın "Tabor" və İsrailin "Hapoel" (Hadera) komandalarında da çıxış edib.

R.Sadıqovdan sitat: “Danışıq apardığımız futbolçular var. Qeyd etdiyiniz oyunçu yoldadır. Əgər bir problem çıxmasa, yaxın günlərdə bizə qoşulacaq.

Ancaq hücumçu deyil, daha çox cinah oyunçusudur. Danışıqlar apardığımız başqa oyunçular da var.

Mən ən azı iki oyunçu istəyirəm. Çünki həm Filip, həm David sıradan çıxıb. Özünüz də görürsüz ki, heyətimiz kasaddır, cəmi 3 nəfər - Musa, Ağa, Klesio kimi hücumameyilli sağlam futbolçum var.

Məcbur birini ehtiyatda saxlamalısan ki, təcili hallarda meydançaya buraxmağa oyunçun olsun. Yenə də futbolçuya ehtiyacımız var.

Əlimizdə olan heyətlə də çalışırıq ki, istədiyimiz və uğurlu nəticə ilə mövsümü başa vuraq".

Digər Xəbərlər
Xəbər Lenti