"Zirə" SON DƏQİQƏ TRANSFERİ etməyə hazırlaşır

3 Mart 2021 13:00 Zirə 1 374
"Zirə" SON DƏQİQƏ TRANSFERİ etməyə hazırlaşır

Zədə üzündən Felipe Paaxtman və David Volkovu itirən «Zirə» hücum xəttində yaranan boşluğu qapatmağa çalışır.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubu hazırda bir neçə legionerlə danışıqlar aparır.

Onlardan biri və Azərbaycana gəlməsi ən real namizəd isə Luis Bonqonqudur.

28 yaşlı kamerunlu hücumameylli yarımmüdafiəçinin son klubu İsraildə «Hapoel» (Hadera) olub. Fransada dünyaya gələn futbolçu «Sedan»ın yetirməsidir.

2008-ci ildə burada top oyununun sirlərini öyrənməyə başlayan Luis 5 il sonra «Paris» ilə anlaşıb. Paytaxtın eyniadlı təmsilçisinin əsas və əvəzedici heyətində çıxış edib.

Ardınca «Lens Herbiers»ə üz tutub. 2018-ci ildə Sloveniyaya yollanıb, 1 mövsüm «Slaven Belupa»nın şərəfini qoruyub. Növbəti ili də bu ölkədə – «Tabor Sezana»da keçirib.

2020-ci ildə İsraildən dəvət alan afrikalı legioner 1 il ərzində «Hapoel»in heyətində 18 oyuna çıxıb.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"