Azərbaycan klubundan 2 yeni TRANSFER ÇALIŞMASI

28 Fevral 2021 15:00 Zirə 1 849
Azərbaycan klubundan 2 yeni TRANSFER ÇALIŞMASI

"Zirə" hazırda 2 legionerlə danışıqlar aparır.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə klubunun məqsədi zədəli futbolçularının yerini müvəqqəti doldurmaqdır.

"Neftçi" ilə Premyer Liqanın 17-ci tur matçında zədələnən Davit Volkov dünən əməliyyat olunub. Gürcüstanlı hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Məşq zamanı zədə almış yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidir. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.

"Qartallar" onlarını yoxluğunu nisbətən unutdurmaq üçün çıxış yolu axtarır. Sənəd problemi yaranmasa, danışıqlar aparılan əcnəbi futbolçular yaxın günlərdə Azərbaycana təşrif buyurucaq.

İlkin mərhələdə onlarla 4 aylıq müqavilənin imzalnması nəzərdə tutulub. Söhbət hazırda azad agent statusu daşıyan legionerlərdən gedir.

Digər Xəbərlər
Xəbər Lenti