"Zirə"nin legioneri xəstəxanalıq oldu

25 Fevral 2021 20:40 Zirə 660
"Zirə"nin legioneri xəstəxanalıq oldu

Azərbaycan Premyer Liqasının XVII turunun "Neftçi" ilə oyununda (1:0) zədələnən "Zirə"nin legioneri Davit Volkovun durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Sadıqov matçdan sonrakı mətbuat konfransında gürcüstanlı hücumçunun zədəsinin ciddi olduğunu bildirib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, forvardın çiyni sınıb: "Zədəsi ciddi görünür. İlkin rəy çiyin sınması oldu. Xəstəxənaya apardılar. Zədəlilərimiz artır. Amma əlimizdəki oyunçulara inanırıq".

Davit Volkov görüşün 77-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Tallisonun müdaxiləsindən sonra zədələnərək meydanı xərəkdə tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!