Rəşad Sadıqov dözmədi, dilə gəldi: "Qəribə qərarlar olur"

23 Fevral 2021 22:20 Zirə 1 151
Rəşad Sadıqov dözmədi, dilə gəldi: "Qəribə qərarlar olur"

"Oyunlarımızda qəribə qərarlar olur".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov dilə gətirib.

O, Premyer Liqann ötən turunda qırmızı vərəqə alan Dmitrios Çantakiasın epizodunu nəzərdə tutaraq, hakimlərin komandasına qərəzli yanaşmasına işarə vurub.

Gənc çaalışdırıcı bu cür halların ilk dəfə baş vermədiyini vurğulayıb:"Baxırsan, rəqib qapıçı topu 10 saniyə əlində saxlayır, cərimə zərbəsi təyin etmirlər.

Bizə gələndə isə qayda pozuntusu qeydə alınır. Yaxud da 3 dəqiqəyə 2 penalti və ya sarı vərəqə verirlər. İnanıram ki, bunlar sırf səhvdir. Əsas odur ki, qərəz olmasın.

Hakim qərarlarına fikir verməməyə çalışırıq. Qırmızı vərəqədən sonra futbolçuların özündən çıxmaması, əsəbləşməməsi komandanın hazırlıqlı olmasından xəbər verir.

Buna görə çox sevinirəm. Artıq məşqçilərlə də danışmışdım, Musa Qurbanlı meydana buraxıb, yenidən hücumameyilli oyuna keçmək istəyirdik.

Amma bir anda gördük ki, Çantakias qırmızı vərəqə gördü. Onun oyuna daxil olması hücumların sürətini artırmaq məqsədi daşıyırdı. Bilirsiz ki, özü də sürətli oyunçudur".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!