Rəşad Sadıqov nə istəyirdisə, onu da gördü - VİDEO

21 Fevral 2021 11:00 Zirə 628
Rəşad Sadıqov nə istəyirdisə, onu da gördü - VİDEO

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 16-cı turunda "Keşlə" ilə səfərdə qarşılaşdıqları oyundan sonra mətbuat konfransında iştirak edib.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2:2 hesabı ilə başa çatan oyunu şərh edib:

"Maraqlı oyun oldu. İlk hissədə rəqibin böyük istəklə hücuma atılacağını və təzyiq edəcəyini gözləyirdik. Çünki risk etməli idilər. İlk hissədə topa maksimum nəzarət edib, təzyiqin qarşısını almağa çalışırdıq.

Amma istədiyimiz kimi alınmadı. Meydanda istədiyim, güvəndiyim komandanı gördüm. Şükürlər olsun ki, bu cür ağır səfər matçından xalla ayrıldıq.

Həm "Keşlə", həm də ötən tur qarşılaşdığımız "Sabah" ilk "3-lüy"ə namizəd komandalardır. Oyunlar da göstərdi ki, hər ikisinin böyük potensialı var.

Qələbə qazanıb xal ehtiyatımızı artırmaq istəyirdik, amma bu görüşlərdə uduzmamaq bizim üçün çox önəmli idi. Komandamı ürəkdən təbrik edirəm.

Qorxmadılar, sınmadılar, sonadək mübarizə apardılar".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!