"Rəşad Sadıqov nə qədər oynamaq lazım idisə, o qədər də şans verdi"

16 Fevral 2021 19:00 Zirə 596
"Rəşad Sadıqov nə qədər oynamaq lazım idisə, o qədər də şans verdi"

"Sabah" turnir cədvəlində olduğu yerə layiq deyil.

Həm heyəti, həm də oynadığı futbolla yuxarı pillələrə layiqdir. Bu oyunda məğlub da ola bilərdik.

Məncə, ən önəmlisi odur ki, son dəqiqələrdə əzmkarlıq göstərib, hesabı bərabərləşdirdik. Mənim fikrimcə, bu, oyunun ədalətli nəticəsi oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin hücumçusu Ağabala Ramazanov "Sabah"la oyun haqda fikirlərini bildirərkən deyib.

Ramazanov meydanda az olmasını komanda ilə az məşq etməsilə əlaqələndirib:

"Zədədən sonra komanda ilə az məşq etmişdim. Bu görə də məşqçimiz nə qədər oynamaq lazım idisə, o qədər də şans verdi.

Mənim borcumdur ki, meydanda olduğum müddət əlimdən gələnin ən yaxşısını edim. Vurulan qollarda mənim də əməyimin olması sevindirici haldı".

Bəstəboy hücumçu "Sabah"ın zədələnərək yerdə qalan futbolçusu Tiemoko Fofana ilə arasında yaşanan mübahisəyə də aydınlıq gətirib:

"Xeyir, mübahisəmiz olmadı. Mən ona xərəyə minməyə kömek etdim. O, məni səhv başa düşdü. Sonra komanda yoldaşları onu başa saldı".

Ağabala Ramazanov "Neftçi" və "Qarabağ"la sona kimi mübarizə aparmağı bacaracaqsızmı" sualını isə belə cavablayıb: "Hər oyunda yaxşı mübarizə aparmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti