Rəşad Sadıqov nəyi xoşladığını dedi: "Çətinlik çəkirəm"

16 Fevral 2021 11:20 Zirə 973
Rəşad Sadıqov nəyi xoşladığını dedi: "Çətinlik çəkirəm"

“Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram“.

Sportinfo.az xəbər verir ki, bu fikirləri “Zirə“nin baş məşqçisi Rəşad Sadıqov səsləndirib.

O, komandasında tez-tez sistem dəyişikliyinə əl atmasına aydınlıq gətirib: “Məsələn, “Sabah“la oyunda sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı.

Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm.

Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 18:10 Çək və bizə göndər!
26 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM