"Zirə"nin yeni siması: "Bu, bizə əlavə inam və motivasiya verir"

13 Fevral 2021 09:40 Zirə 896
"Zirə"nin yeni siması: "Bu, bizə əlavə inam və motivasiya verir"

"Azərbaycan Premyer Liqasında yaranmış fasilədə bizim kubok oyunlarımız oldu və yaxşı nəticələr qazandıq.

"Sabah" haqqında çox yaxşı şeylər eşitmişəm, əlbəttə ki, bizim üçün asan olmayacaq.

Yaxşı oyun olacaq. Hədəfimiz və oyun sistemimiz var. Hər şey bizdən asılıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin yeni transferi Nemanya Andelkoviç "Sabah"la qarşıdakı oyun haqqında danışarkən deyib.

Son 3 görüşdə qol buraxmayan "Zirə"nin serbiyalı müdafiəçisi "quru seriya"nı davam etdirmək istədiklərini bildirib: "3 oyundur ki, qol buraxmırıq. Bu, bizə əlavə inam və motivasiya verir. Bu seriyanı davam etdirmək istiyirik. Onun üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Əcnəbi futbolçu bu tur üz-üzə gələcək iki əsas rəqiblərinin - "Qarabağ"la "Neftçi" arasında baş tutacaq oyun haqqında isə bunları deyib: "İki yaxşı komandadır. Çox maraqlı bir qarşılaşma olacaq".

Digər Xəbərlər
Xəbər Lenti