Azərbaycan klubu Türkiyədən ŞOK XƏBƏR ALDI

23 Fevral 2021 21:20 Zirə 2 743
Azərbaycan klubu Türkiyədən ŞOK XƏBƏR ALDI

"Zirə" yeni transferi Filipe Paxtmanın xidmətindən məhrum olub.

Sportinfo.az-ın məlumatına görə, məşq zamanı zədələnən braziliyalı hücumçu tibbi müəyinədən keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.

21 yaşlı forvardın son durumuna məhz oradakı müayinədən sonra aydınlıq gəlib. Sağ dizindən xəsarət alan gənc futbolçunun əməliyyat olunacağı istisna edilmirdi. Və yekun diaqnoz bunu təsdiqləyib.

Cənubi amerikalı legioner yaxın günlərdə cərrah masasına qalxacaq. Ya Türkiyənin özündə əməliyyat olunacaq, ya da bunun üçün vətəninə yola düşəcək.

Artıq bu da dəqiqləşib ki, Paxtman qarşıdakı 6 ayda futbol oynamayacaq. O, sentybrdan tez məşqlərə başlamayacaq.

"Zirə" Filipe Paxtmanla 6 ay + 3 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"