“Gənclər”i darmadağına məruz qoydular, çempionatda ilk 3 xalı qazandılar

08:10 Voleybol 88
“Gənclər”i darmadağına məruz qoydular,  çempionatda ilk 3 xalı qazandılar

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci turun oyunları başa çatıb.

Sportinfo.az xəbər verir ki, turun son qarşılaşmasında “Murov Az Terminal” “Gənclər” üzərində 3:0 hesablı qələbə qazanıb.

İlk setdə rəqibinə 25:8 hesabı ilə qalib gələn “Murov Az Terminal” növbəti hissələrdə də üstünlüyünü qoruyub. Komanda ikinci seti 25:16, üçüncünü isə 25:10 hesabı ilə başa vurub.

Bu qələbə sayəsində “Murov Az Terminal” çempionatda ilk üç xalını qazanaraq “Azərrail”ə çatıb.

İki turdan sonra turnir cədvəlinə hərəyə altı xalla “Ordu” və “Xilasedici” başçılıq edir. “Azərrail” və “Murov Az Terminal”ın aktivində üç xal var. “Neftçi” və “Gənclər” isə hələ xal qazana bilməyiblər.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!