“Turan” tarixi qələbə qazandı, avtobusda rəqs etdilər - VİDEO

07:20 Voleybol 88
“Turan” tarixi qələbə qazandı, avtobusda rəqs etdilər - VİDEO

Azərbaycanın qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsini avtobusda rəqslə qeyd ediblər.

Sportinfo.az xəbər verir ki, Tovuz təmsilçisinin voleybolçuları Xorvatiyanın “Mladost Zaqreb” komandası üzərində səfər qələbəsindən sonra “Ay tovuzlular” mahnısının sədaları altında oynayıblar.

“Turan” ikinci təsnifat mərhələsinin Zaqrebdə keçirilən cavab qarşılaşmasında rəqibini 3:2 hesabı ilə məğlub edib. Tovuzdakı ilk oyunda da üç setdə qalib gələn Azərbaycan təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.

“Turan” üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!