COP29

Prezident: “Çempionatın əhatə dairəsini genişləndirmək niyyətindəyik”

24 Oktyabr 2023 02:00 Voleybol 676
Prezident: “Çempionatın əhatə dairəsini genişləndirmək niyyətindəyik”

"Növbəti çempionatımız maraqlı olacaq. Bu idman növünün əhatə dairəsini genişləndirmək niyyətindəyik".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov ölkə çempionatlarının püşkatma mərasimində deyib.

O, yarışlarda azarkeşlərin də önəmli olduğunu bildirib:

"Medianın bu yöndə federasiya ilə işbirliyi artmalıdır. Turnirlərin və idmançıların təbliğində media və azarkeş önəmli rola malikdir".

Şahin Bağırovun fikrincə, klubların aşağı yaş qruplarından ibarət komandaları olmalıdır:

“Regionlarda qızlar arasında seleksiyalar baş tutub. Klublardan nəticələrlə yanaşı, aşağı yaş qrupları ilə bağlı da hesabat istəniləcək.

Voleybolu inkişaf etdirmək niyyətindəyik. Hər zaman dövlət dəstəyini hiss edirik.

Bu imkanlardan da istifadə etməliyik. Bəlkə də buna illər lazımdır. Amma bunu sizinlə birlikdə edəcəyik.

Yarışların ədalətli keçirilməsi üçün son texnologiyalardan istifadə edəcəyik. Azarkeşlərin sayının çox olması da çox vacibdir.

Klubların üzərinə böyük məsuliyyət düşür. Fanatları cəlb etmək önəmlidir. Bütün komandalara yeni mövsümdə uğurlar arzulayıram.

Azərbaycanda voleybolçu olmaq istəyən istedadlı uşaqlar çoxdur. Vaxt gələcək, komandalarımızda legionerlərə ehtiyac duyulmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"