Azərbaycan millisinin sabiq hücumçusu Rusiya klubuna məşqçi təyin olundu

21 İyul 2021 23:20 Voleybol 1 750
Azərbaycan millisinin sabiq hücumçusu Rusiya klubuna məşqçi təyin olundu

Azərbaycan millisinin sabiq voleybolçusu İnessa Qorxmazın yeni iş yeri bəlli olub.

Sportinfo.az xəbər verir ki, o, fəaliyyətinə Rusiya Superliqasında davam edəcək.

Qorxmaz Kazanın “Dinamo-Ak Bars” klubunda çalışacaq. Veteran hücumçu Rusiya təmsilçisinin məşqçisi təyin edilib.

İnessa yeni klubunda baş məşqçi Rişat Gilyazutdinovun köməkçisi kimi çalışacaq.

Qorxmaz ötən mövsüm Türkiyə təmsilçisi “Büyükçekmece Voleybol Akademi”nin baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”