Türkiyəyə uduzan millimiz Avropa çempionatı ilə vidalaşdı

02:30 Voleybol 50
Türkiyəyə uduzan millimiz Avropa çempionatı ilə vidalaşdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22).

Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM