"Transferləri reallaşdırmışıq, heyət əsasən gənclərdən ibarət olacaq"

07:50 Voleybol 153
"Transferləri reallaşdırmışıq, heyət əsasən gənclərdən ibarət olacaq"

Qadınlardan ibarət UNEC voleybol klubu Azərbaycan çempionatının 2026/2027 mövsümündə əsasən gənclərdən ibarət heyətlə mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında komandanın baş məşqçisi Fərid Cəlalov deyib.

Mütəxəssis qarşıya qoyulan hədəflər haqqında danışıb:

"Bu mövsüm UNEC gənclərdən təşkil olunmuş heyətlə yarışa qatılacaq. Ötən il gənclərin çempionatında iştirak edən heyətdən bir neçə voleybolçunu komandaya cəlb etmişik.

Hətta 14-16 yaşlı voleybolçular heyətdə yer alıblar. Hədəfimizdən biri çempionatda yüksək pillələr uğrunda mübarizə aparmaqdırsa, digəri gəncləri inkişaf etdirərək Azərbaycan voleybolunun tərəqqisinə töhfə verməkdir".

F.Cəlalov heyətin komplektləşdirildiyini və təlim-məşq toplanışının başlanacağını bildirib:

"Transferləri reallaşdırmışıq və heyəti demək olar ki, komplektləşdirmişik. Yaxın bir neçə gün ərzində hazırlığa başlamağı planlaşdırırıq".

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!