Azərbaycanın qadınlardan ibarət voleybol millisinin son 5-6 ildə ən yaxşı oyunları Bakıda keçirilmiş Avropa çempionatının qrup mərhələsində olub.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a komandanın sabiq üzvü Yelena Şabovta açıqlama verib.
O, yığmanın qitə turnirindəki çıxışı barədə danışıb:
"Düşünürəm ki, milli komanda son 5-6 ildə ən yaxşı oyunlarını qrup mərhələsində keçirdi. Əlbəttə, daha çox şey gözləyirdik və həqiqətən də möcüzəyə ümid edirdik.
Amma təəssüf ki, idmanda möcüzələr baş vermir. Nəticələr gündəlik çalışmaqdan, hazırlıqdan və əlbəttə ki, güclü oyunçuların mövcudluğundan asılıdır.
Bizə istedadlı və rəqabət apara biləcək oyunçular lazımdır. Təəssüf ki, hazırda praktik olaraq belə bir seçim yoxdur".
Y.Şabovta gənc voleybolçularla görüşünə toxunub:
"Mən həmçinin Azərbaycan gənclər komandası ilə görüşdüm və qızları çox bəyəndim. Onların həvəsi, işləmək və inkişaf etmək istəkləri göz qabağındadır. Bu, çox ruhlandırıcıdır və gələcəyə ümid verir".
