Azərbaycanlı futbolçu Türkiyədən vətəndaşlıq ala biləcəkmi?

20 Aprel 2020 20:40 Türkiyə 1 262
Azərbaycanlı futbolçu Türkiyədən vətəndaşlıq ala biləcəkmi?

«Azərbaycana qayıtmaq istəyirəm, amma bütün yollar bağlıdır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında Türkiyədə legioner həyatı yaşayan Salman Atluxanov deyib.

BAL Liqasında çıxış edən yeganə azərbaycanlı futbolçu olan yarımmüdafiəçi hazırda "1864 spor" FK-nın formasını geyinir. Bir neçə ildir qonşu ölkənin həvəskar statuslu çempionatında çıxış edən "Bakı"nın yetirməsi ötən mövsüm “Merzifonspor“dan “Küçükçekmece Yeşilovaspor”a keçmişdi.

İndi isə o, etnik qafqazlıların yaratdığı komandanın şərəfini qoruyur. Salman bildirib ki, koronavirus pandemiyası geniş yayıldığından, vətənə qayıtmaq üçün ölkəmizin Türkiyədəki səfirliyinə müraciət edibə:

"Mənə dedilər ki, hələlik təyyarə reysləri yoxdur, hamısı ləğv olunub. Məlumat verdilər ki, bəlkə aprelin 20-dən sonra yollar tədricən açılsın. Yenə əlaqə saxlayacam.

Burada qalan azərbaycanlı çoxdur, heç biri geri qayıda bilmir. Mən də bu problemin nə vaxt aradan qalxacağını gözləyirəm. Azərbaycana dönsəm belə, bu, müvəqqəti olacaq.

"1864 spor"la müqaviləm var, buradan birdəfəlik ayrılmaq fikrim yoxdur. Onsuz da, bir müddət əvvəl Türkiyə vətəndaşlığı almaq üçün yerli dövlət qurumlarına müraciət etmişəm. Bu işdə klub da əlindən gələn köməkliyi mənə göstərir.

Əvvəl demişdidər ki, mayda sənəd məsələmə baxılacaq. Koronavirus ortalığa çıxandan sonra bu iş, yəqin ki, vaxtında başa çatmayacaq və vətəndaşlıq alıb-almamağım yay aylarına qalacaq".

Digər Xəbərlər
Xəbər Lenti