Merih Demiral Bakını nişan verdi: "Görüşmək üzrə" - FOTO

14 Yanvar 2020 14:54 Türkiyə 866
Merih Demiral Bakını nişan verdi: "Görüşmək üzrə" - FOTO

İtaliya A Seriyasının 19-cu turunda “Roma” ilə matçında zədələnən “Yuventus”un futbolçusu Merih Demiralın son durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Türkiyə millisinin üzvünün sol dizinin çarpaz bağı qopub.

Onun yaxın vaxtlarda əməliyyat olunacağı bildirilib. İtaliya mətbuatı 21 yaşlı müdafiəçi mövsümün geridə qalan hissəsində komandasına kömək edə bilməyəcəyini yazıb.

M.Demiral son durumu ilə bağlı "Tvitter" hesabında yazıb: "Zədədən sonra mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında görüşmək üzərə".

Türkiyə millisi AVRO-2020-də İtaliya, İsveçrə və Uelslə birlikdə A qrupunda mübarizə aparacaq. "Ay-ulduzlular" italyanlarla Romada, digərləri ilə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"