Türkiyə Super Liqasında baş məşqçi istefası

11 Noyabr 2019 23:10 Türkiyə 764
Türkiyə Super Liqasında baş məşqçi istefası

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası qeydə alınıb. Sportinfo.az xəbər verir ki, “Ankaragücü” Mətin Diyadinlə vidalaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırmağa qərar veriblər.

Paytaxt klubunun prezidenti Fatih Mert yerli mətbuata açıqlamasında qarşıdakı bir həftə ərzində komandaya yeni baş məşqçi təyin olunacağını bəyan edib.

Son beş oyunundan cəmi 1 xalla ayrılan “Ankaragücü” Super Liqada 11 tur ərzində 2 qələbə, 3 heç-heçəyə imza atıb, 6 məğlubiyyətə üzülüb. 9 xala malik kollektiv 18 iştirakçı arasında 17-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"