Baş məşqçi postuna 3 namizəd seçdilər – Biri Qurban Qurbanovdur

8 Aprel 2024 01:10 Türkiyə 8 762
Baş məşqçi postuna 3 namizəd seçdilər – Biri Qurban Qurbanovdur

"Beşiktaş" mövsümün sonunda baş məşqçi Fernando Santosla yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi yeni mövsümdə komandanın baş məşqçisi postu üçün yekun siyahını müəyyənləşdirib.

Hazırda üç namizəd var.

Onlardan biri "Qarabağ"ı çalışdıran Qurban Qurbanovdur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Digər namizədlər isə ətən ay "Volfsburq"dan ayrılan Niko Kovaç və mövsümün sonunda "Borussiya"nı tərk edəcək Edin Terziçdir.

Klub rəhbərliyi bu üç mütəxəssis arasında seçim etdikdən sonra danışıqlara başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM