Dünya çempionunu transfer edir – Türkiyə klubu

11 Sentyabr 2023 21:40 Türkiyə 1 308
Dünya çempionunu transfer edir – Türkiyə klubu

"Fatih Karagümrük" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Sevilya"dan ayrılan Papu Qomeslə danışıqlar aparır.

Azad agent statusunda olan 35 yaşlı İstanbul təmsilçisində oynamağa isti yanaşır.

"Fatih Karagümrük"ün prezidenti Süleyman Hurma təcrübəli vingerlə şəxsən görüşüb şərtlərini bildirib. Transferin yaxın günlərdə tamamlanacağı gözlənilir.

Papu Qomes "Sevilya"ya 2021-ci ilin yanvar ayında "Atalanta"dan keçmişdi. Argentinalı dünya çempionu Əndəlus təmsilçisinin heyətində meydana çıxdığı 90 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar