Azərbaycan klubunun baş məşqçisi “Fənərbaxça”ya niyə getmədi?

13:00 Türkiyə 239
Azərbaycan klubunun baş məşqçisi “Fənərbaxça”ya niyə getmədi?

“Fənərbaxça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İstanbul təmsilçi portuqaliyalı mütəxəssis Sergio Konseysao ilə anlaşıb.

İsmail Kartalın ayrılmasından sonra yeni baş məşqçi axtarışına çıxan klub rəhbərliyi 51 yaşlı mütəxəssisin namizədliyi üzərində dayanıb. Tərəflər arasında razılıq əldə olunub və Konseysaonun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.

Portuqaliyalı 2017-2024-cü illərdə “Portu”ya rəhbərlik edib. O, bu komandanın başında keçirdiyi 368 matçda 2,29 xal ortalaması göstərib.

Konseysao “Portu” ilə 3 dəfə ölkə çempionu olub, 4 dəfə Portuqaliya Kubokunu, 1 dəfə Liqa Kubokunu və 3 dəfə ölkə Superkubokunu qazanıb.

fenerbaxcanin-yeni-bas-mesqcisi-belli-oldu

2024/2025 mövsümündə “Milan”ı çalışdırıb. İtaliya klubunda 31 matça çıxan Konseysaonun xal ortalaması 1,71 olub. Onun rəhbərliyi altında “Milan” İtaliya Superkubokunun qalibi adını qazanıb.

Son iş yeri Səudiyyə Ərəbistanında “Əl-İttihad” olan məşqçi bu komandada 41 qarşılaşmaya çıxıb.

Həmin görüşlərdə kollektiv 21 qələbə qazanıb, 7 heç-heçə edib və 13 dəfə məğlub olub. Konseysaonun burada da xal ortalaması 1,71 təşkil edib..

Bundan öncə isə “TuttoMercatoWeb” nəşri məlumat yaymışdı ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Fənərbaxça”nı çalışdıra bilər. Bildirilirdi ki, tərəflər arasında danışıqlar aparılıb.

49 yaşlı mütəxəssisə 2029-cu ilə qədər qüvvədə olacaq 3 illik müqavilə təklif edilməsi həmin xəbərdə vurğulanırdı.

Bizdəki informasiyaya görə, Türkiyə nəhəngi litvalı çalışdırıcıya menecerlər vasitəsilə sorğu göndərib. Ötən ilin yayından ölkəmizdə işləyən Dambrauskas buradan ayrılmağı planlaşdırmadığını qarşı tərəfin diqqətinə çatdırıb.

O, hələ 2 illik kontraktının olmasını əsas gətirərək, buradakı işlərini yarımçıq qoymaq istəmədiyini söyləyib.

SPORTİNFO.AZ

Dambrauskasa "Fənərbaxça

Digər Xəbərlər
Xəbər Lenti