"Qalatasaray"ın yeni ulduzu "Sportinfo"ya dedi: "Babam və nənəm azərbaycanlıdır"

31 Yanvar 2023 13:00 Türkiyə 2 271
"Qalatasaray"ın yeni ulduzu "Sportinfo"ya dedi: "Babam və nənəm azərbaycanlıdır"

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi "Sassuolo"nun müdafiəçisi Kaan Ayhanı transfer edib.

"Qalatasaray" İtaliya klubuna 400 min avro ödəyərək 28 yaşlı arxa xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürüb.

"Cim bom" yayda 2,8 milyon avro ödəyərək, Türkiyə millisinin üzvünü birdəfəlik transfer etmək hüququna sahibdir.

Kaan Ayhan "Sassuolo"ya 2020-ci ilin yayında Düsseldorf "Fortuna"sından transfer olunub.

Cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 11 matçda 1 qol vuran müdafiəçi Azərbaycan kökənlidir.

O, bu barədə Sportinfo.az-a eksklüziv açıqlama verib:

"Mənim babam və nənəm İqdırdandır. Vaxtilə bura Azərbaycandan köçüblər. İndi də evdə bu dildə danışırlar.

Bir neçə azərbaycanlı tanışım var və onlarla söhbətimiz əla alınır. Çünki bir-birimizi çox gözəl başa düşür, bu dil mənə çox şirindir".

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?