“Qalatasaray" Fransadan kimi almaq istəyir?

28 Yanvar 22:00 Türkiyə 594
“Qalatasaray" Fransadan kimi almaq istəyir?

"Qalatasaray" müdafiə xəttini yeni futbolçu ilə gücləndirəcək.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi "Reyms"in futbolçusu Endryu Qravillonu transfer edəcək.

Fransa klubu "sarı-qırmızılar"ın 24 yaşlı mərkəz müdafiəçisi üçün göndərdiyi 3,5 milyon avroluq təklifi qəbul edib. "Qalatasaray" futbolçunun özü ilə müqavilə şərtlərini müzakirə edir.

"Reyms" Endryu Qravillonu mövsümün əvvəlində İtaliya "İnter"indən transfer edib. Qvadelupalı futbolçu komndanın heyətində 15 rəsmi matçda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Mart 17:20 Mahirdən XƏBƏR ALIN!
28 Mart 10:40 Bir addım irəli…
28 Mart 09:20 0:5-in İÇ-ÜZÜ