Azərbaycanda işləmiş məşqçi Türkiyə klubundan ayrıldı

11 Noyabr 2022 01:00 Türkiyə 662
Azərbaycanda işləmiş məşqçi Türkiyə klubundan ayrıldı

"Adanaspor" Öndər Karaveli ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Adana təmsilçisinin rəhbərliyi komandanın uğursuz çıxışına görə 48 yaşlı məşqçini istefaya göndərib.

O, sentyabrda "Adanaspor"a baş məşqçi təyin edilmişdi.

Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"ın akademiyasında çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş