Çakır karyerasını bitirdi

5 Avqust 2022 10:00 Türkiyə 1 348
Çakır karyerasını bitirdi

Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

"Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik” - deyə Böyükekşi bildirib.

46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim
16 Sentyabr 01:10 “Nefttçi" o imzanı atdı!
16 Sentyabr 00:30 AFFA-da 3 yeni təyinat