“Qalatasaray”ın yeni baş məşqçisi rəsmən açıqlandı

15 Yanvar 2022 10:00 Türkiyə 1 062
“Qalatasaray”ın yeni baş məşqçisi rəsmən açıqlandı

Domenek Torrenin “Qalatasaray”a baş məşqçi təyinatı rəsmiləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqavilə imzalayıb. Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Torren bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Fatih Terimi əvəzləyib.

Qeyd edək ki, Domenek Torren 2013-2016-cı illərdə "Bavariya"da, 2016-2018-ci illərdə isə "Mançester Siti"də Xosep Qvardiolanın köməkçisi olub.

O, 2018-2019 mövsümündə ABŞ-ın "Nyu-York" klubunun baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"