Vüsal fasilədə paltardəyişmə otağından çıxmadı - VİDEO

19 Sentyabr 2021 13:20 Türkiyə 1 687
Vüsal fasilədə paltardəyişmə otağından çıxmadı - VİDEO

Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

“Keçiörengücü” beş turdan sonra 4 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti