" Kimsə Türkiyənin Avro-2020-də surprizlər edə biləcəyini desə, təəccüblənmərəm"

9 İyun 23:40 Türkiyə 172
" Kimsə Türkiyənin Avro-2020-də surprizlər edə biləcəyini desə, təəccüblənmərəm"

Türkiyə millsinin və “Qalatasaray”ın sabiq baş məşqçisi Fatih Terim yığmanın Avro-2020-dəki şansları və İtaliya ilə matçı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 2000/01 mövsümündə “Fiorentina”nı da çalışdıran 67 yaşlı mütəxəssis “Corriere della Sera”ya açıqlamasında finalda İtaliya və Türkiyə millilərini görmək istədiyini deyib:

“Futbol üçün əfsanəvi yer olan “Medison Qarden Sque” stadionunda möhtəşəm oyun keçiriləcək. İtaliya millisi sağlam, kompakt və əla futbolçulardan ibarətdir.

Bu komanda finala qədər irəliləyə bilər, çünki heyəti və səviyyəsi çox yüksəkdir. Həmçinin Türkiyə yığması da hər bir komandaya problem yarada biləcək vəziyətdədir.

Ümid edirəm ki, Londondakı finalın adı İtaliya – Türkiyə matçı olar. Hələ turnir başlamayıb. Amma Türkiyə - İtaliya oyunu Avro-2020-nin ən möhtəşəm görüşlərindən olmağa namizəddir.

İtaliyanın coşqusuna bələdəm və onlar azarkeşləri ilə birlikdə yenidən bütövləşmiş olacaqlar. Cümə günü keçiriləcək matç sona qədər mübarizə apara bilən komanda ilə hər bir milliyə problem yaradacaq yığma arasında oynanılacaq.

Mənim ailəm üçün İtaliya ikinci evimizdir. 20 il keçsə belə, hər gün onlardan mesajlar alıram. Xüsusilə də Florensiyadan olanlar məni unutmur və onlarla dərin bağım var.

İtaliyalıların mənə yanaşması və Florensiyadan olanlarla aramdakı bağa görə qürur hissi keçirirəm. Türkiyə millisi yaxşı bir komandadır. Bizim gücümüzü ciddi qəbul etməyənlər üçün potensial təhlükəyik.

Kimsə Türkiyənin Avro-2020-də surprizlər edə biləcəyini desə, təəccüblənmərəm. Türklər birlikdə sevinməyi xoşlayır və onlar ölkəsinə bağlıdırlar.

Məncə, futbolu sevən hər bir şəxs Türkiyəni bu turnirdə görmək istəyər. Çünki Türkiyə həmişə sehrli bir toxunuşa sahibdir.

İsveçrə, Çexiyə və Xorvatiya ilə matçlardakı geridönüşlərimiz təsirləndiricidir. Ancaq son dəqiqədə Almaniyaya uduzduğumuz görüş ən yaxşı oyunumuz idi.

Biz əsla ruhdan düşmürük və yüksək səviyyəli futbol oynayaraq fərq yarada bilirik. Şenol Güneş mənim çox yaxın dostumdur. Üstəlik milli komandada da birlikdə oynamışıq.

O, bir komanda üzərində sehirli toxunuşlar edə bilən insanlardan biridir. Ümid edirəm ki, əvvəl qazandığı uğurları Avro-2020-də də davam etdirə bilər və həmişəkindən daha yaxşı olar.

İtaliya millisinin baş məşqçisi Roberto Mançini də yaxşı işlər görür. Onun komandası uzun müddətdir ki, məğlub olmur və Mançininin futbol fəlsəfəsi üzərində oynayır”.

,Türkiyə Avropa çempionatında ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək. "Ay-ulduzlular" daha sonra Bakı Olimpiya Stadionunda Uelslə iyunun 16-da və İsveçrə ilə iyunun 20-də A qrupunun digər iki görüşünə çıxacaq.

Xəbər Lenti