Klub prezidenti ikinci dəfə koronavirusa qalib gəldi

13 Yanvar 2021 12:00 Türkiyə 438
Klub prezidenti ikinci dəfə koronavirusa qalib gəldi

“Beşiktaş”ın prezidenti Ahmet Nur Çebi koronavirusa qalib gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub rəhbərindən götürülən sonuncu testin nəticəsinin mənfi çıxdığı diqqətə çatdırılıb. “Beşiktaş”ın digər rəsmilərindən və komanda üzvlərindən götürülən koronavirus testlərinin də nəticəsi mənfi çıxıb.

Ahmet Nur Çebidə koronavirus dekabrın 30-da aşkarlanmışdı. O, mayda da koronavirusa yoluxmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”