“Turan”ın real sahibi kimdir - Ehtiram Quliyev, yoxsa..?

15:00 Turan 443
“Turan”ın real sahibi kimdir - Ehtiram Quliyev, yoxsa..?

Ehtiram Quliyev sözünün üstündə dayanmadı.

«Turan Tovuz»un mətbuat xidmətinin yanvarda redaksiyamıza göndərdiyi rəsmi məktubda qeyd olunmuşdu ki, İdarə Heyətinin sədri mövsümün sonunadək media önünə çıxmağı planlaşdırmır.

«Neftçi»ni uddular, hər şey yaddan çıxdı.

Biz bir daha əmin olduq ki, Ehtiram bəy saytımızın suallarından yayınmaq istəyib, danışmaq istəməyib.

Əks halda, Bakının ortasında ona iki-üç mikrafon uzadılan kimi bülbültək ötməyə başlamazdı.

Hələ görün nə söyləyib. Deyib, nə olur olsun, Kurban Berdiyevin arxasındayıq, dəstəyik falan-filan.

«Baba»nı bura gətirən gətirib. Pulunu verən verib.

O, şəxs kimdirsə, Ehtiram Quliyevin özü deyil.

İndiyədək KİV-də İlham Rəhimovun adı hallanıb. Berdiyevin ölkəmizdə çalışmasına köməklik göstərdiyi, «Turan Tovuz»dan aldığı maaşın böyük hissəsinin onun tərəfindən ödənilməsi yazılıb çizilib.

Heç şübhəsiz, bu qəbildən olan xəbərləri Quliyevin özü də, yaxın çevrəsi də, klubda çalışan digər şəxslər də oxuyub. Bilirik ki, o və ətrafındakılar medianı necə titizliklə izləyir.

Bir informasiyanı, özləri barədə qələmə alınan bir cümləni də gözdən qaçırmırlar. Bununla belə, nə Ehtiram bəyin özü, nə də yandaşları İlham Rəhimovun «Turan Tovuz»a maddi-mənəvi dəstəyi, klubu qeyri-rəsmi şəkildə kurasiya etməsi yönündə məlumatların heç birini təkzib etməyib.

Əlbəttə, od olmayan yerdən tüstü çıxmaz.

Bu prizmadan yanaşsaq, deyə bilərik ki, Kurban Berdiyevin «Turan Tovuz»dakı fəaliyyətinə qiymətvermək, onu vəzifəsində saxlayıb-saxlamamaq Ehtiram Quliyevi aşır.

Azərbaycanda keçirdiyi hər mövsümə görə 800 min dollar aldığı söylənən «Baba»nı göndərmək səlahiyyəti İlham Rəhimovda deyilsə, Ehtiram bəy zəhmət çəkib açıqlasın - onun bugünədək eloğlusu barədə yayılan xəbərlərə səssiz qalmasının səbəbi nədir?

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti