COP29

"Qarabağ"da karyerasını bitirdi, SÜRPRİZ TƏKLİF aldı - SON DƏQİQƏ

18 İyun 14:00 Turan 11 017
"Qarabağ"da karyerasını bitirdi, SÜRPRİZ TƏKLİF aldı - SON DƏQİQƏ

«Qarabağ»ın sabiq kapitanı Maksim Medvedev yeni iş təklifi alıb.

Bugünlərdə karyerasını başa vuran müdafiəçiyə «Turan Tovuz»dan dəvət gəlib.

32 yaşlı keçmiş oyunçudan yeni baş məşqçi Kurban Berdiıyevin korpusunda yer alması istənilib.

Kurban Berdiyevin əsas köməkçisinin kimliyi məlum olub. Həmin yardımçı Andrey Matsuradır.

Türkmən kökənli mütəxəssis onunla uzun müddətdir bir yerdə çalışır. Son olaraq Mahaçqala «Dinamo»sunda çiyin-çiyinə işləyiblər.

«Cəbrayıl»ın baş məşqçisi Cavid Hüseynov da tezliklə burada çalışa bilər.

Qarabağı təmsil edən rayonun eyniadlı təmsilçisinin çalışdırıcısına gözlənilməz dəvət gəlib.

Ona «Turan Tovuz»da Kurban Berdiyevə köməkçi olmaq təklif edilib. Əgər çağırışı qəbul eləyərsə, gənc mütəxəssis yeni baş məşqçinin korpusunda yer alacaq.

«Cəbrayıl» bu mövsüm II Liqada mübarizə aparıb. Komanda çempionatda ikinci yeri tutub və pley-off mərhələsinə yüksəlib.

Burada isə «Araz Saatlı» ilə qarşılaşan kollektiv evdə 2:0, səfərdə 3:1 hesabıyla qalib gələrək, I Liqaya vəsiqə qazanıb.

C.Hüseynovun Premyer Liqa keçmişi var. O, 1 il əvvələdək «Şamaxı»nın sükanı arxasında dayanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti