UEFA təsdiqlədi - "Turan Tovuz"u Konfrans Liqasına buraxmayacağıq

16:20 Turan 183
UEFA təsdiqlədi - "Turan Tovuz"u Konfrans Liqasına buraxmayacağıq

UEFA "Turan Tovuz"un 2026-27 mövsüm Konfrans Liqasında iştirak etməyəcəyini rəsmən təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumunun saytında dərc olunan qərarda deyilir.

"2 iyun 2026-cı il tarixində UEFA Apelyasiya Orqanının sədri aşağıdakı qərarı qəbul edib:

Qərar: 2026/2027 UEFA Konfrans Liqasının Əsasnaməsinin 4.01(g) maddəsi ilə tələb olunan qəbul meyarını yerinə yetirmədiyinə, yəni milli və ya beynəlxalq səviyyədə matçın təşkili və ya nəticəsinə təsir göstərməyə yönəlmiş fəaliyyətdə birbaşa və/və ya dolayı yolla iştirak etdiyinə görə PFK Turan Tovuz 2026/2027 UEFA Konfrans Liqasında iştirak etmək hüququndan məhrum edilib".

UEFA-nın bu qərarı ilə bağlı "Turan Tovuz" İdman Arbiraj Məhkəməsinə (CAS) şikayət edib. Bu barədə klubun yaydığı bəyanatda qeyd edilib:

"Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti