Azərbaycan klubunun müdafiəçisi “Marakana”da Braziliyaya qarşı oynadı

02:30 Turan 107
Azərbaycan klubunun müdafiəçisi “Marakana”da Braziliyaya qarşı oynadı

DÇ-2026-nın iştirakçıları olan Braziliya və Panama milli komandaları arasında Rio-de-Janeyrodakı “Marakana” stadionunda yoxlama matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, görüş Braziliya millisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Braziliyadan Vinisius Junior (1), Kazemiro (38), Roşa (52), Paketa (59), Tyaqo (63-pen.) və Danilo (81), Panamadan isə Kunya (13-avtoqol) və Xarvi (83) vurublar.

Matçın iştirakçıları sırasında “Turan Tovuz”un müdafiəçisi Roderik Miller də olub. Ehtiyatda yer alan 34 yaşlı futbolçu 64-cü dəqiqədə meydana daxil olub.

Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətinə salınıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti