Kurban Berdiyev yerlilərə “gözdağı” verdi: “Mən buna qarşıyam”

28 May 23:20 Turan 168
Kurban Berdiyev yerlilərə “gözdağı” verdi: “Mən buna qarşıyam”

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev uşaq-yeniyetmə futbolu haqqında danışarkən, Azərbaycanda istedadlı futbolçuların da olduğunu qeyd edib.

Sportinfo.az xəbər verir ki, Bakıda “Cappuccino & Catenaccio Show” yutub layihəsinin qonağı olan türkmənistanlı mütəxəssis Misli Premyer Liqasında ləğv edilmiş legioner limitinin faydalarından da danışıb:

"Mən Azərbaycanda Əvəzedicilər Liqasında bütün komandaların oyunlarına baxıram. Burada çoxlu istedadlı gənclər var.

Özü də çox. Həmin gənc istedadlı oyunçuların itməməsi üçün düzgün sistem qurmalıyıq.

Xarici oyunçulara limit lazımdırmı? Mən buna qarşıyam. .

İndi liderlər istənilən rəqibə qarşı xal itirə bilərlər. İndi isə azərbaycanlı futbolçuların, o cümlədən, bizim komandadakılar daha çox çalışmalıdırlar.

Ötən mövsüm heyətdə yerləri təmin edilmişdi. İndi daha çox səy göstərərək milli komandaya da düşüblər.

Keçən ilki sistemdə onlar buna düşməzdilər. Oyunçular yalnız oynamaqla kifayətlənərdilər, amma indi çox çalışmalıdırlar".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti