Kurban Berdyev Azərbaycanda nə görüb? - Deyir ki...

16:40 Turan 89
Kurban Berdyev Azərbaycanda nə görüb? - Deyir ki...

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdyev Dağıstandakı Azərbaycanın və Dağıstanın gənc futbolçular barədə fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Rusiyanın “Cappuccino & Catenaccio Show” podkastına müsahibəsincə danışıb.

73 yaşlı mütəxəssis deyib ki, Dağıstandakı istedad səviyyəsi onu heyrətləndirib:

“Dağıstandakı qədər istedadlı uşaqlar görməmişəm. Onların xarakteri genetik olaraq formalaşıb.

Hansı mövqedə oynamasından asılı olmayaraq, artıq hazır peşəkarlardır. Təsadüfi deyil ki, dünyanın ən yaxşı güləşçiləri oradan çıxır”.

Təcrübəli məşqçi Azərbaycandakı futbolçular barədə də müsbət danışıb:

“Mən Azərbaycanda əvəzedici komandaların oyunlarını xüsusi izlədim.

Burada çox istedadlı uşaqlar var. Sadəcə, bu gənclərin itib-batmaması üçün sistem lazımdır

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti