AFFA onların Premyer Liqa klubunu himayəsinə götürməsinə RAZI OLMADI

26 May 20:00 Turan 2 369
AFFA onların Premyer Liqa klubunu himayəsinə götürməsinə RAZI OLMADI

«Kəpəz» rəhbərliyi kluba başqa sponsor tapmalı olacaq.

«Birbaşa Baku»nun himayədarlarının Gəncə təmsilçisi ilə bağlı planları həyata keçməyəcək.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, minifutbol üzrə ölkə çempionatda mübarizə aparan klubun dəstəkçiləri ilə aparılan danışıqlar yarımçıq dayandırılıb.

AFFA onların görmək istədiyi işləri məqbul saymayıb. Odur ki, bu məsələ artıq bağlanmış hesab edilməlidir.

İlyarım əvvələ qədər «sarı-göylər»in səhmlər paketi AFFA-ya aid idisə, indi bütün sənədlər Adil Vəliyevin adınadır.

Adıçəkilən iş adamı isə İdarə Heyətinin sədri vəzifəsindən getmək üzrədir. Hər halda federasiyadan bizə belə deyirlər.

Verilən məlumata görə, A.Vəliyev daha kluba maliyyə ayırmaq iqtidarını itirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 18:10 Çək və bizə göndər!