"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Premyer Liqanın sonuncu turunda "Sabah"a məğlub olduqları (1:2) görüşdən sonra Sportinfo.az-a açıqlama verib.
Təcrübəli müdafiəçi ilk olaraq qarşılaşma barədə danışıb:
"Maraqlı oyun keçdi. Rəqib ölkə çempionu "Sabah" idi. Bəlkə də düşünmək olardı ki, çempion meydana rahat çıxacaq.
Amma heç də belə olmadı. Çox ciddi yanaşdılar. Gərgin 90 dəqiqə izlədik.
Ən azı 1 xal qazanmaq olardı. Yaxşı imkanlarımız da oldu. Sadəcə fərqlənə bilmədik.
Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik.
Lakin əsas odur avrokuboklara vəsiqə qazandıq. Buna görə bütün tovuzlu azarkeşləri təbrik edirəm".
XANOĞLAN

