UEFA-dan Azərbaycana gəldilər, 4 saatlıq yoxlama apardılar

02:10 Turan 69
UEFA-dan Azərbaycana gəldilər, 4 saatlıq yoxlama apardılar

UEFA stadion inspektoru Skott Struthers, AFFA-nın İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəisi Sabir İsmayılov ”Turan Tovuz”un nümayəndələri ilə birlikdə Tovuz şəhər stadionunda baxış keçiriblər.

Sportinfo.az xəbər verir ki, dörd saatdan çox davam edən baxış zamanı stadionun UEFA-nın 2-ci kateqoriya tələblərinə uyğunlaşdırılması ilə bağlı mühüm məqamlar müzakirə olunub.

Yekunda stadionun bu kateqoriyaya yiyələnməsi üçün tələb olunan şərtlər, həmçinin yerinə yetirilməli tapşırıq və tövsiyələr klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Daha sonra keçirilən iclasda stadionun beynəlxalq standartlara tam cavab verməsi üçün görüləcək işlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Arenada həyata keçirilən yenidənqurma və təkmilləşdirmə işləri müsbət qiymətləndirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti