Bölgənin pullu təmsilçisi yayı Avropada keçirəcək

16:00 Turan 229
Bölgənin pullu təmsilçisi yayı Avropada keçirəcək

Konfrans Liqasına vəsiqə qazanan “Turan Tovuz”un yay hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.

Bölgə təmsilçisi təlim-məşq toplanışına digər avrokubok təmsilçilərindən daha tez – iyunun ilk 10 günündə start verəcək.

Buna səbəb Konfrans Liqasına daha yaxşı hazırlaşmaq məqsədi ilə oyun keyfiyyətini artırmaqdır.

“Turan Tovuz” hazırlığın ilk iki həftəsini Qəbələdə keçmək istəyib. Yay aylarında Qəbələdə məskunlaşma qiymətlər baha olduğundan və iyunda yoxlama görüşləri üçün rəqib tapmaq müşkülə çevrildiyindən, klub rəhbərliyi bu fikirdən yan keçib.

Qərara alınıb ki, kollektiv 5-6 həftəlik toplanışı ölkə xaricində keçsin.

Əsasən fiziki hazırlığın yaxşılaşdırılmasına hesablanmış ilk mərhələ çox güman Türkiyədə baş tutacaq.

Növbəti, yəni sınaq matçları üçün nəzərdə tutulmuş əsas mərhələ Avropada gerçəkləşəcək.

Hazırda Sloveniya, Avstriya, Polşa kimi ölkələr arasında seçim edilir. Hava şəraiti, layiqli rəqiblər və təbii ki, təklif olunan qiymətlər seçimdə vacib rol oynayacaq.

Bir sözlə, Tovuz təmsilçisi yayı ölkədən kənarda olacaq.

Maraq üçün bildirək ki, “Turan Tovuz” mübarizəyə Konfrans Liqasının 2-ci mərhələsindən start verəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti