Keçmiş “Qarabağ”lını bu şərtlə saxlayırlar

17:40 Turan 260
Keçmiş “Qarabağ”lını bu şərtlə saxlayırlar

“Turan Tovuz” İbrahima Vadjidən gözlədiyini ala bilmədi.

Vaxtilə “Qarabağ”da sərgilədiyi parlaq oyunla 3 milyon avroya “Sent-Etyen”ə transfer olunan seneqallı forvardın Azərbaycana bu dəfəki qayıdışının uğursuz olduğunu deyə bilərik.

İlk dönəmlərdə formada olmadığı deyilirdi, şans qazandığı matçlarda qol fürsətlərini sağa-sola xərcləməklə yadda qaldı, bəzən də zədədən əziyyət çəkdi.

Bir sözlə, Jo Batistanın kölgəsindən çıxa bilmədi.

Maraqlıdır ki, baş məşqçi Kurban Berdıyev 31 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Türkmən çalışdırıcı avrokuboklarda Vadjinin xidmətindən yararlanmaq niyyətindədir. O, bununla bağlı istəyini klubun rəhbərliyinə çatdırıb.

Rəhbərlik Berdıyevin istəyinə qarşı çıxmır. “Baba”ya hər cür dəstək verəyə hazırdırlar.

Əsas məqam İbrahimanın maaş məsələsində güzəştə getməsidir. İlk ildə aldığı pulun qarşılığını verə bilməyən futbolçu bu dəfə mümkün qədər güzəştə getməlidir ki, bölgə təmsilçisi onunla yeni sözləşmə imzalasın.

Yox, “bazarlığa” razılıq verməsə, rəhbərlik Vadjinin istədiyi maaşa uyğun başqa namizəd hücumçuları gözdən keçirəcək.

İbrahima Vadji başa çatan mövsümdə “Turan Tovuz”un heyətində meydana çıxdığı 30 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19:10 Emrah PAŞA